KARAPAPAKHS OF GEORGIA IN DEFENSE OF THE TERRITORIAL INTEGRITY AND INDEPENDENCE OF THE DEMOCRATIC REPUBLIC OF GEORGIA

Abstract

1918-ci ilin 26 may tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası (GDR) mövcudiyyəti dönəmində qonşu ölkələrlə mübahisəli ərazi problemləri ilə qarşılaşmış və bu xüsusda, eləcə də müstəqilliyinin qorunması yönündə bir sıra xarici təhdidlərlə üzləşmişdir. Həmin problemlərin danışıqlar yolu ilə, beynəlxalq konfranslar vasitəsilə həll olunmasına cəhd göstərilsə də, bu, hər zaman mümkün olmurdu və silahlı qarşıdurmaya səbəb olurdu. Ermənistan (Ararat) respublikası ilə GDR arasındakı mübahisəli ərazi problemi 1918-ci ilin dekabr ayında Ermənistanın hərbi təcavüzü nəticəsində Gürcüstan-Ermənistan müharibəsinə çevrilmişdir. Nəticədə Borçalı qəzasının Lori nahiyəsi Ermənistanın tərkibinə keçmişdir. 1921-ci ilin fevral ayında isə Lori nahiyəsi üzərindən bolşeviklərin hücumu Qafqazda sovetləşməyən sonuncu demokratik respublika olan GDR-in süqutu ilə nəticələnmişdir. GDR-in əsas etnik qruplarından olan qarapapaqlar 1918-1921-ci illərdə gürcü xalqı ilə eyni mövqedə dayanaraq ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda ləyaqətlə döyüşüblər. Məqalədə Gürcüstan qarapapaqlarının Ermənistanla müharibədə və sovet işğalına qarşı döyüşlərdə, əsasən, könüllü süvari dəstələrdə və xalq qvardiyası sıralarında, sovetləşmədən sonra isə partizan dəstələrində fəal iştirakı tədqiq olunur.



Keywords

Gürcüstan Demokratik Respublikası, Qarapapaqlar, Borçalı, 1918ci il Erm?nistan-Gürcüstan Müharib?si.


Kaynakça